Region
Ərdoğandan XƏBƏRDARLIQ - “Bunu bütün bəşəriyyət hiss edəcək”
Yeni qlobal münasibətlər sistemində "qütb" rolunu hansı ölkələr oynayacaq? Məhz bu sualın cavabı hazırki böhranın mahiyyətini əks etdirir. Təəssüf ki, Türkiyənin yerləşdiyi region bir əsr əvvəl olduğu kimi, qarşıdurma mərkəzlərindən birinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə bildirib.
Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara regional əməkdaşlıq amilinin xüsusi əhəmiyyət kəsb etdiyi müasir dövrün çağırışlarına yaxşı hazırlaşıb.
O bildirib ki, Türkiyə rəhbərliyi ölkəni gərginliyə və münaqişəyə sürükləməyə çalışanlara heç vaxt boyun əyməyəcək: “Yeni qlobal proseslərə hazırıq: enerji təhlükəsizliyimizi gücləndirmişik, nəqliyyat sektorunda əhəmiyyətli uğurlara imza atmışıq. Türkiyənin müasir infrastrukturu London ilə Çin arasında fasiləsiz dəmir yolu xəttinin formalaşmasında mühüm rol oynayır".
Onun sözlərinə görə, eyni zamanda aydındır ki, İran ətrafındaki hərbi eskalasiya uzandıqca fəsadları da artacaq: ‘Son 25 gündə yaşananlar göstərir ki, münaqişənın mənfi nəticlərini bütün bəşəriyyət hiss edəcək”.
Dövlət başçısı qeyd edib ki, hazırkı vəziyyətdə bütün ölkələr dialoqu bərpa etmək üçün ciddi səy göstərməlidir.
"Sülh tərəfdarı olan heç bir ölkə münaqişənin alovuna yağ tökməməlidir. Daha cəsarətli və proaktiv təşəbbüslərə ehtiyac var. Türkiyə regionda sülh və sabitlik üçün addımlar atmağa davam edəcək", - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq




































.jpg)
