Region
Erməni Apostol kilsəsi daha pulsuz torpaqlar ala bilməyəcək
Ermənistanın qanunverici orqanı (Milli Məclis) Torpaq Məcəlləsində dəyişiklik edərək, Apostol kilsəsinin ödənişsiz əsaslarla torpaq sahələrinə sahib olmaq imtiyazını ləğv edən qanun layihəsini son oxunuşda təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Qəbul edilən yeni qərara əsasən, bələdiyyə və dövlət mülkiyyətində olan torpaqların kilsəyə təmənnasız olaraq bağışlanmasını tənzimləyən müvafiq maddə qüvvədən düşmüş sayılır.
Bununla yanaşı, Ermənistanın hökumət rəhbəri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini dövlətin milli təhlükəsizliyi üçün təhlükə adlandırıb və onun vəzifəsindən getməsinin vacibliyini vurğulayıb. Baş nazir bir müddət əvvəl bəyan edib ki, II Qaregin öz səlahiyyətlərini aşaraq taxt-tacı zəbt edib, həmçinin "subaylıq" andına xəyanət edib. Paşinyanın sözlərinə görə, katolikos övladlarının və həyat yoldaşının olmasının səbəblərini cəmiyyətə açıqlamalıdır.
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi





































.jpg)
