Region
İran hərbi xidmətə çağırış yaşını 12-yə endirdi - Əliavtomatlı yeniyetmələr...
İran hakimiyyəti Tehranda blokpostlarda xidmət etmək və mühafizə funksiyalarını yerinə yetirmək üçün 12 yaşından başlayaraq uşaqların hərbi xidmətə cəlb edilməsinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsinin bəyanatına istinadla "Al Arabiya" telekanalı məlumat yayıb.
ABŞ və İsrail ilə davam edən hərbi münaqişə fonunda İran paytaxtında "İran naminə" adlı genişmiqyaslı kampaniyaya start verilib. SEPAH-ın Tehrandakı nümayəndəsi Rəhim Nadali dövlət televiziyasının efirində rəsmən təsdiqləyib ki, SEPAH bölmələrinə və "Bəsic" könüllülər dəstəsinə qoşulmaq istəyən könüllülər üçün aşağı yaş həddi 12-yə endirilib.
"Qoşulmaq istəyənlərin yaşını nəzərə alaraq, biz minimum həddi 12-yə endirdik, çünki 12–13 yaşlı uşaqlar iştirak etmək istəyirlər", - deyə Nadali izah edib.
Rəsminin sözlərinə görə, gənc çağırışçıların vəzifələrinə kəşfiyyat məlumatlarının toplanması, küçələrdə patrul xidməti və gecə təşkil edilən avtokolonlarda iştirak daxildir. Tehran sakinləri şəhərin hər hansı peşəkar hazırlığı olmayan silahlı yeniyetmələrlə dolu olduğunu bildirirlər.
"Hər hansı əraziyə raket düşəndə rayon dərhal mühasirəyə alınır. Əllərində Kalaşnikov avtomatı olan hazırlıqsız yeniyetmələr 'burada dayan, ora get' deyə əmrlər qışqırır və müntəzəm olaraq havaya atəş açırlar", — deyə yerli sakinlərdən biri danışıb.
Şahidlərin sözlərinə görə, şəhər yollarında üzərində ağır silahlar quraşdırılmış pikaplar peyda olub, əllərində tapança-pulemyot olan yeniyetmələrin idarə etdiyi şəxsi avtomobillər isə mülki nəqliyyat vasitələrində yoxlamalar aparır.
Hüseyn İbadlı
-
Region09:18Ermənistanda seçki: 2005 məntəqədən 1878-nin nəticələri bəllidir
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?





































