Region
Türk və erməni iş adamları İrəvanda bəyanat yaydılar: Sərhədlər açılır?
Ticarət və ortaq maraqlar, siyasi fikir ayrılıqlarından asılı olmayaraq, Ermənistan və Türkiyə arasında qarşılıqlı anlaşmanı inkişaf etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Sənayeçilər və Sahibkarlar Birliyi və Van Ticarət və Sənaye Palatasının 3-4 sentyabr tarixlərində İrəvanda keçirilən görüşdən sonra verdiyi birgə bəyanatda bildirilib.
Görüş zamanı Van əyalətindən olan 80 türk sahibkar Ermənistan biznes ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Bəyanatda deyilir: "Biz inanırıq ki, biznes, siyasi fərqlərdən asılı olmayaraq, ortaq iqtisadi maraqlara əsaslanan qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verə bilər. Biz inanırıq ki, ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi təkcə bizneslərə deyil, həm də hər iki ölkənin sərhəd bölgələrinə əhəmiyyətli dərəcədə fayda verəcək".
Tərəflər qarşılıqlı ticarətin genişləndirilməsinin, iki ölkə arasında sərhədlərin açılmasının və nəqliyyat yollarından daha səmərəli istifadənin vacibliyini qeyd ediblər.
Onlar həmçinin birgə investisiya və istehsalın, eləcə də turizm, logistika və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Sənəddə vurğulanır ki, sərhədin açılması təkcə ticarəti deyil, həm də iki ölkənin sakinləri arasında ünsiyyəti stimullaşdıracaq və bu da onlar arasında etimadı gücləndirəcək.
Bəyanatın müəllifləri qeyd edirlər ki, "Van Türkiyə ilə Qafqaz arasında təbii ticarət və nəqliyyat körpüsünə çevrilə bilər. İrəvanda qurulan əlaqələr konkret layihələrə çevrilməlidir və bunun üçün sərhədin açılması və müntəzəm nəqliyyat əlaqələrinin qurulması vacibdir".
İş adamları əməkdaşlığın və ticarətin inkişafı, eləcə də sərhəd keçid məntəqələrinin açılmasını asanlaşdırmaq üçün səylərini davam etdirəcəklərinə söz verirlər.
Müəllif: Tural
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur








.jpg)








.jpg)


















