Rəsmi xronika
Tacikistan Prezidenti İlham Əliyevi təbrik etdi
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə ABŞ-da Ermənistanla imzalanan Birgə Bəyannamə münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, Tacikistan Prezidentinin məktubundan deyilir:
"Ermənistan Respublikası ilə iki ölkə arasında möhkəm sülhə nail olunmasına yol açan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizi və dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu tarixi hadisəni alqışlayır, böhranların və münaqişələrin həllində yeganə vasitə olan sülh dialoqunun əhəmiyyətini vurğulayırıq.
Əminik ki, əldə olunan razılaşmalar mehriban qonşuluq münasibətlərinin inkişafına zəruri əsas yaradacaq, eyni zamanda, Qafqazda sabitliyin və təhlükəsizliyin əsaslarının möhkəmlənməsinə və konstruktiv regionlararası əməkdaşlığın genişlənməsinə kömək edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
-
Nida Xəbər 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi
-
Cənubi Qafqaz16:18Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia
-
Rəsmi xronika15:25İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:46Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş
-
Dünya14:16Azərbaycanlıların öldüyü gəmini onlar vurub
-
Region13:45Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
-
Sosial13:27XİN-dən vurulan gəmi ilə bağlı açıqlama






.jpg)






.jpg)





















