Sağlamlıq
Qəbizlikdən xilas edən 5 MÖCÜZƏLİ QİDA
Uzunsürən qəbizlik insana narahatçılıq, ağrı və s. xoşagəlməz hallar yaratmaqdan əlavə çox ciddi xəstəliklərin (o cümlədən bağırsaq xərçənginin) inkişafı riskini də artırır.
Bu səbəbdən mütləq qəbizliklə mübarizə aparmaq lazımdır. Qəbizliyin səbəbi hər hansı xəstəlik deyilsə, qidalanma rejiminə müəyyən dəyişikliklər etməklə bu pozulmanı aradan qaldırmaq mümkündür.
Sizə qəbizlikdən xilas edən 5 möcüzəli məhsulu təqdim edirik.
1. Qara gavalı. Kalium və qidalı liflərlə zəngin olan qara gavalı qəbizliyi aradan qaldırmağa kömək edir. Hər gün təzə gavalı və ya qara gavalı qurusu yeyin. 5-6 qavalı qurusunu yaxşı yuyun və axşamdan 1 stəkan isti suda isladın. Səhər gavalını yeyin və suyu için.
2. Ərik. Bu da çox təsirli vasitədir. Həm təzə ərik, həm də ərik qurusundan istifadə olunur.
3. Kişmiş. 1 ovuc kişmiş yaxşı yuyulur və axşamdan isti suda dəmlənilir. Səhər kişmiş yeyilir və su içilir.
4. Buğda kəpəyi. Ən sınanmış vasitələrdən biridir. Buğda kəpəyini istənilən salat və hazır qidalara əlavə etmək olar. Digər effektli üsul - axşamdan 1 stəkan təzə qatığa 1 desert qaşığı buğda kəpəyi əlavə edin, qarışdırın və için.
5. Yulaf yarması lopaları ("gerkules"). Səhər 2 x.q. yulaf yarmasının üzərinə 1 stəkan isti su tökün, vam odda qızdırın (qaynatmayın) və bu faydalı sıyığı yeyin. Effekti artırmaq üçün sıyığa kişmiş, xırda doğranmış ərik qurusunu əlavə etmək olar.
Bu məhsullardan 1-2 dəfə deyil, daim istifadə etmək lazımdır ki, effekt də qalıcı olsun. (saglamolun)
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar














.jpg)
























