Sağlamlıq
Oruc tutarkən ağızda yaranan xoşagəlməz qoxunu aradan qaldırmağın UNİKAL ÜSULLARI - VİDEO
Video əlavə olunub.
***
Ramazan ayında oruc tutanların yaşadığı ciddi problemlərdən biri xoşagəlməz ağız qoxusudur.
Publika.az xəbər verir ki, diş həkimləri Ramazanda ağızda xoşagəlməz qoxularının yaranmaması üçün bir neşə tövsiyə verib.

Uzun müddət davam edən oruc prosesi ağızda quruluğa yol açır. Bu da ağız boşluğunda xoşagəlməz və ətrafdakıları narahat edəcək qoxu yaradır. İmsak və iftardan sonra dişlər fırçalanmırsa, ağızda qalan qida artıqları ağız qoxusuna səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayar və bu iltihab da qoxuya səbəb olar. İmsak və iftar yeməyindən sonra dişlər mütləq şəkildə, ən az, 2-3 dəqiqə fırçalanmalıdır.

Bundan başqa, imsakda bir fincan soyuq süd içilməsi, iftarda isə bol su ilə birlikdə yaşıl çay içmək də bu problemi aradan qaldırır. Yemək yeyərkən nanə, zəncəfil, cəfəri, yaşıl çay, evkalipt, darçın kimi birtkilərdən istifadə etmək də ağız qoxusunu azaldan metodlardandır.
Mütəxəssislər bildirir ki, tərkibində spirt olan ağız qarqara məhsulları quruluğu daha da artırır. Dişləri fırçalamayıb, sadəcə diş üzərindəki ərpi qarqara yolu ilə təmizləmək yanlışdır. Oruc tutarkən gündə bir neçə dəfə su udmamaq şərtilə ağız boşluğunun qarqara edilməsi dişlərin və diş ətinin sağlamlığı üçün əhəmiyyətlidir.
Zümrüd,
Video: Sevinc Xanqızı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































