Sağlamlıq
Dünya üçün bəlaya çevrilir - Bu xəstəlikdən İLK ÖLÜM QEYDƏ ALINDI
ABŞ-da elektron siqaretin səbəb olduğu xəstəlik nəticəsində birinci ölüm hadisəsi qeydə alınıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə İllinoys ştatında baş verib.
“İllinoys ştatının ictimai səhiyyə departamentinə yaxın vaxtlarda elektron siqaretdən istifadə edən və ağır respirator xəstəliyi ilə xəstəxanaya yerləşdirilən şəxsin ölümü haqqında məlumat daxil olub”, - idarənin saytında deyilir.
Departamentin məlumatına görə, İllinoysda son həftə ərzində elektron siqaret çəkən və tənəffüs problemləri ilə xəstəxanaya yerləşdirilən vətəndaşların sayı ikiqat – 22 nəfərə qədər artıb. Onların 17-38 yaşlarında olduğu bildirilir.
Bazar ertəsi Amerika Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (CDC) bildirib ki, ABŞ-ın səhiyyə sistemi elektron siqaretlərin çəkilməsi ilə yaranan ağciyər xəstəliklərini araşdırır. Bəyanatda deyilirdi ki, xəstəliklər əsasən, cavan insanlarda qeydə alınır.
Qeyd edək ki, elektron siqaret istifadəçiləri bu məhsulun insan orqanizminə heç bir zərəri olmadığını bildirsələr də, amma son illərin ən böyük kəşflərindən sayılan bu siqaretlərin insan orqanizminə zərərli olduğu sübuta yetirilib. Hətta bəzi Avropa ölkələri bu siqaretlərin ölkələrində satışına qadağa qoyublar.
Elektron siqaretləri ilk dəfə Ruyan Group Ltd Honkonq şirkəti ixtira edib. İxtira şirkət rəhbərinin atasının siqaret aludəçiliyi nəticəsində ağciyər xərçəngindən ölməsindən sonrakı dövrə təsadüf edib. Şirkət elektron siqareti 2003-cü ildə pantentləşdirib. Bu siqaretlərin satışına isə ilk dəfə Argentinada başlanılıb. Elektron siqaretlər xarici görünüşünə görə, adi siqaretlərdən fərqlənmirlər. Onlar akkumlyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Siqaretin ucu qullab vaxtı yanır, çəkən adam “tüstünü” alanda bu, çəkmə prosesini təqlid etməyə imkan verir. Elektron siqaretlərin qiyməti adi siqaretlərdən çox bahadır.
Avropa ölkələrində və Türkiyədə aparılan tədqiqatların nəticələrinə görə, elektron siqaretin tərkibində “dietilen glikol” adlı bir maddə var ki, insan orqanizmi üçün zəhərlidir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


