Sağlamlıq
Məşhur cərrah həzm sistemini gücləndirən təbii üsulları açıqladı
Həddindən artıq stress, qeyri-sağlam qidalanma, antibiotik istifadəsi kimi amillər bağırsaq florasını pozur. Bu da depressiyadan tutmuş diabetə qədər bir çox xəstəliklərin üzə çıxmasına şərait yaradır.
Publika.az xəbər verir ki, türkiyəli cərrah Fatih Kar son illərdə ən çox müzakirə edilən prebiyotiklər və probiyotiklər haqqında məlumat verib. O, bildirib ki, bağırsaqlar həqiqətən də bədənin ikinci beyin funksiyasını daşıyır.
“100 milyon sinir hüceyrəsi olan bağırsaqlarda yerləşmiş mikroorqanizmlərin əksəriyyətinə mikrob deyilir. Mikrobiologiya təxminən üç yaşından sonra formalaşamağa başlayan və özünəməxsus quruluşda olan orqandır. Bu, bədənin sağlamlığı üçün çox vacibdir. Bədəndə tarazlıq pozulmağa başlayanda, bədənimizin demək olar ki, hər yerində, xüsusən həzm sistemində xəstəlik yaranmağa başlayır".
Həzm sistemindəki mikroorqanizmlərin sağlamlıq üçün əhəmiyyətini qeyd edən həkim sözlərinə belə davam edib:
“Həzm sistemində yaşayan mikroorqanizmlər onun normal fəaliyyəti üçün vacibdir və immunitet funksiyalarına çox əhəmiyyətli təsir göstərir. Bu zaman probiotiklər və prebiotiklər mühüm rol oynayır. Probiotiklər canlı bakteriya və mayada olur. Prebiyotiklər bu mikroorqanizmlərin inkişafı üçün zəruri olan həzm edilməyən qida komponentləridir.
Bir çox araşdırmalar göstərir ki, probiyotiklər həzm fəaliyyətini və qidalardan alınan müəyyən vitamin və mineralların udulmasını yaxşılaşdıra bilər, həmçinin bağırsaq hərəkətlərinin tənzimlənməsinə kömək edir. Qəbizlik, iltihablı bağırsaq xəstəlikləri, infeksiyalar və laktoza intolerasiyasının qarşısının alınması, qaraciyər və böyrəklərə düşən yükün azaldılmasında, immunitet sisteminin güclənməsində təsirli ola bilər.
Probiyotiklər müxtəlif qidaları həzm etməklə yanaşı bədənimiz üçün faydalı maddələrin ifraz olunmasına da kömək edir. Odur ki, hər gün ayran, ev qatığı, kələm və xiyar turşusu, kefir, kəsmik kimi qidalara üstünlük verin. Xüsusilə, tez-tez stress keçirən insanların bağırsaqlarında probiotik bakteriyaların sayı azalır.
Gündə 1-2 stəkan kefir və ya probiotik qatıq yemək tövsiyə olunur. Probiotiklər bağırsaq florasını tənzimləyir, həzm pozğunluğunun qarşısını alır, infeksiya və antibiotiklərin səbəb olduğu ishalın qarşısını alır, immuniteti gücləndirir, bağırsaq sisteminin fəaliyyətini normaya salır, eyni zamanda soyuqdəymə və qripin qarşısını alır”.
Aytən Məftun
-
Hadisə10:33Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
-
ABŞ10:10Metroda dəhşət: Yatmış kişini yandırdı - -VİDEO
-
Maraq dünyası10:00Dünyanın ən qarlı və soyuq paytaxtı: Ora köçməyə dəyər? - FOTOLAR
-
Nəqliyyat09:29Yuxusuz sükana əyləşən sürücülərin nəzərinə!
-
MDB09:10Ali Məhkəmənin keçmiş hakimindən milyonlarla pul müsadirə edildi - FOTO
-
ABŞ08:45Tramp peyvəndlərlə bağlı direktiv imzaladı - Uşaqlara 72 iynə vurulmamalıdır
-
MDB07:55Dodaqlarını böyüdən qadın metroya daxil ola bilmədi
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir





































.jpg)


