Sağlamlıq
Demə, əllərimizi yanlış yuyurmuşuq - Alimlər SÜBUT ETDİ
Hətta sabun olmadan belə 4 dəqiqəlik əl yumaq – Qrip-A (influenza) infeksiyası zamanı bir çox dezinfektandan daha effektivdir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ovuc içindəki qrip virusunu yox etmək üçün onları sabunlamaq və ya antiseptik vasitədən istifadə etmək yetərli deyil. Araşdırmanın nəticələrinə görə, özünü yoluxucu infeksiyalardan qorumaq üçün əlləri ən az dörd dəqiqə sabunla, ya da antiseptik vasitələrlə təmizləmək lazımdır.
Məlum olub ki, demə, əllərimizi düz yumurmuşuq. Bu, Kioto Tibb Universitetinin alimləri tərəfindən müəyyən edilib. Könüllülər arasında aparılan tədqiqatda iştirakçılara A qripi və digər kəskin respirator infeksiyalara yoluxmuş insanlardan toplanan xüsusi selik verilib. Sonra əlləri antiseptiklə silməyi təklif ediblər. Növbəti mərhələdə ovucların təmizliyi yoxlanılıb. Məlum olub ki, antiseptik zərərli virusların heç birini öldürmür!
“Daha sonra əllərin antiseptiklə silinməsi prosesi uzadılıb, hətta 2 dəqiqəlik silinmə də virusları təmizləmək üçün kifayət etməyib”, - deyə təcrübə müəlliflərindən biri Rehea Hirose açıqlamasında qeyd edib.
Tədqiqatın nəticələri göstərib ki, yoluxucu xəstəliklərdən qorunmaq üçün əlləri sabunla yumalı və ya antiseptiklə ən azı dörd dəqiqə silməlisiniz! Əks təqdirdə, bütün prosedur faydasız olacaq.
Digər mütəxəssislərin fikrincə, hər şey eksperimentin xüsusiyyətlərindən asılıdır. Yaponiyada aparılan başqa bir araşdırmada, iştirakçıların barmaq uclarına müxtəlif mikroorqanizmlərin inkişaf etməsi üçün münbit şərait yaradan yaş selik tətbiq ediblər. Adi həyatda, əllərimizdə selik quruyur, bakteriyaların bir hissəsi ölür və bu vəziyyətdə antiseptiklər daha yaxşı işləyir. Ancaq asqırsanız və ya səhvən başqasının dəsmalını alsanız, tədqiqatçılar dərhal əllərinizi yumağı və qurumasını gözləməməyi məsləhət görür.
Əlləri necə yumaq olar:
1. Əllərinizi axan su ilə isladın, sabun tətbiq edin və yaxşıca köpükləndirin.
2. Ovuc və əlin üstünü yaxşıca silin.
3. Hər barmağınızı ovuşdurun. Baş barmağın arasındakı boşluğa xüsusi diqqət yetirin.
4. Əllərinizi axan su altında yuyun.
5. Təmiz bir dəsmal və ya hava ilə qurudun.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


