Sağlamlıq
Vegetarian hiyləgərliyi: daha sürətli arıqlamaq üçün pəhrizdən nəyi çıxarmaq lazımdır?
Tərəvəz, üstəgəl protein məhsulları artıq çəkidən qurtulmaq istəyənlər üçün universal seçimdir. Ancaq bəzən kifayət qədər məhdud pəhriz olsa da, arıqlamaq mümkün olmur, əksinə çəki daha da artır. Bəzi tərəvəzlər bu paradoksun səbəbi ola bilər: bəzilərində çox miqdarda nişasta, yəni gizli karbohidratlar var. Nişastalı tərəvəzlər insulinin yüksəlməsinə və aclığın artmasına səbəb olur. Nəticədə şəkərin düşməsini kompensasiya etmək üçün daha çox yemək yeyirsiniz və beləliklə arıqlamaq prosesi yavaşlayır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Harvard Sağlamlıq Məktəbi bununla bağlı araşdırma aparıb. 13 000 nəfərin iştirak etdiyi araşdırma çərçivəsində alimlər müəyyən edib ki, bəzi tərəvəz növləri piylənməyə səbəb ola bilər. Daha çox nişastalı tərəvəz yeyən insanların "yaşıl" tərəvəz yeyənlərlə müqayisədə kökəldiyi üzə çıxıb.
Odur ki, rasiondan xaric etməli olduğunuz məhsulları qeyd edirik:
Kartof
Qarğıdalı
Paxla
Noxud
Bütün bu məhsullar çox miqdarda vitamin və mineral ehtiva edir, bu səbəbdən uzun müddət ərzində onlardan imtina etmək məsləhət görülmür. Ancaq pəhriz müddətində istifadəni məhdudlaşdırmaq daha yaxşıdır. Bu tərəvəzləri tərkibi su ilə zəngin olan brokoli, bibər və yerkökü ilə əvəz etməyə çalışın.
Aytən Məftun
-
Magazin223:36Cem Yılmaz əstəxanaya yerləşdirildi
-
ABŞ23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO






















.webp)
.png)









.jpg)
.jpg)