Sağlamlıq
Uzunömürlü olmağın İNANILMAZ SİRRİ
Acı yeməyi kənara qoymağa tələsməyin. Alimlər acı yeməklərin sağlamlıq üçün faydalı olduğuna əmindir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, elmi araşdırmalar ədviyyatlı yeməkləri sevən insanların daha uzun yaşadığını təsdiqləyib. Alimlər 23 il ərzində 16 mindən çox amerikalının qidalanma vərdişlərini öyrənib.
Məlum olub ki, çox vaxt ədviyyatlı yemək yeyən insanların ölüm riski digərlərindən daha az olur. Acı qidalar beynin xoşbəxtlik hormonu olan serotonin istehsalına səbəb olur. Bu hormon stress, depressiya və pis əhval-ruhiyyənin öhdəsindən gəlməyə kömək edir. Acı ədviyyatın əsas komponenti bir sıra faydalı keyfiyyətlərə malik olan kapsaisindir.
Kapsaisin ürək xəstəliyi riskini azaldır və həzmi yaxşılaşdırır, müəyyən mənada piylənmə ilə mübarizə aparır. Kapsaisin eyni zamanda analjezik xüsusiyyətləri ilə də tanınır: sinir impulslarını basdırmağa qadirdir. Odur ki, bu maddə ağrıkəsici kremlərin ən vacib komponentlərindən biridir.
Bir çox həkim kapsaisini prostat xərçəngi ilə mübarizədə təsirli silah hesab edir. Ancaq həzm probleminiz varsa, ədviyyatlı qidaları xüsusən də acqarına yemək zərərlidir.
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması















.webp)
















.jpg)
.jpg)


