Sağlamlıq
“Niyə tez-tez acıram” sualının CAVABI - VİDEO
Video əlavə olunub.
***
Aclıq hissi pəhrizin bütün qaydalarına dəqiqliklə əməl etməyi çətinləşdirir.
Publika.az xəbər verir ki, türkiyəli dietoloq Kübra Çıtlak Dəmir “Niyə tez-tez acıram” suallarına cavab verib. Mütəxəssis bildirib ki, yeməkdən qısa müddət sonra aclıq hissi yenidən baş qaldırırsa, bunun bir neçə səbəbi ola bilər.
Yuxusuzluq
Yuxusuzluq aclıq hormonu qrelinin artmasına və doyma hormonu olan leptinin azalmasına səbəb olur.
Duyğusal aclıq
Stress, problem, qorxu, çaxnaşma kimi vəziyyətlər kortizol hormonunun yüksəlməsi ilə aclıq hissini artırır.
Aclıq və susuzluq hissinin qarışması
Aclıq və susuzluq beynin 2 tərəfindəki hipotalamus tərəfindən idarə olunduğu üçün çoxları bu iki hissi qarışdırır.
Karbohidratlı qidaları yemək istəyi
Yüksək qlisemik indeksə malik karbohidratlı qidalara üstünlük verdikdə, qanda şəkərin səviyyəsi qəfil yüksələcək və dərhal aşağı düşəcək. Bu da aclıq hissi yaradır.
Doyma hissini artırmaq üçün nə etməli?
Şiddətli aclıq hiss edirsinizsə, 2 stəkan su içib yarım saat gözləyin. Yüksək lif tərkibli qidalar yeyin: tərəvəz, meyvə, paxlakimilər, yulaf toxluq hissinizi artırmağa kömək edəcək.
Fermentləşdirilmiş süd məhsulları, qatıq, kefir proteinlə zəngindir, həm də balanslı karbohidrat və yağ tərkibi uzun müddət tox qalmağınıza kömək edəcək.
Aytən,
Video: Sevinc Xanqızı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































