Sağlamlıq
Meyvə-tərəvəzlərdəki “zəhəri” necə təmizləyək? - EFFEKTİV ÜSULLAR
Artıq sirr deyil ki, meyvə-tərəvəzlərdə bakteriya, virus və zərərvericilərin təsirini aradan qaldırmaq üçün pestisidlərdən istifadə olunur. Odur ki, onlar yeməzdən əvvəl yuyulmazsa, kimyəvi maddələr bədəndə toplanır və xəstəlik törədir. Bəs pestisidləri meyvə-tərəvəzlərdən çıxarmaq mümkündürmü?
Publika.az xəbər verir ki, pestisidlər tənəffüs, qan dövranı, ürək-damar sistemi, qaraciyər, böyrək və həzm sisteminə mənfi təsir edə bilər. Ekspertlərin sözlərinə görə, bu səbəbdən də pestisid qalıqlarını təzə meyvə və tərəvəzlərdən çıxartmaq vacibdir.
Türkiyəli dietoloq Gökce Bönce bu maddələrin zərərli təsirlərindən qorunmaq üçün təbii şəraitdə yetişdirilən məhsullar almağı məsləhət görüb:
“Bugünkü şəraitdə təbii şəkildə yetişdirilən meyvə-tərəvəz tapmaq və ya almaq həmişə mümkün olmur. Onların üzərindəki pestisid qalıqlarını təmizləmək üçün çoxları sirkəli su ilə yuyur. Lakin bu qalıqları minimuma endirməkdə təsirli deyil, sadəcə mikroorqanizm yükünü azaldır.
Tədqiqatlar göstərib ki, sirkə suyu pestisid qalıqlarının təsirini daha da artırır. Suya sirkə əlavə etməkdə əsas məqsəd, turşu yuyucu mühit yaratmaq və kifayət qədər yuyulmadığı təqdirdə yeməkdə ola biləcək zərərli maddələri təmizləməkdir. Ancaq bu gün tez-tez istifadə olunan pestisidli məhsullar kifayət qədər yuyulmadığı üçün bədənə daxil olur. Bu da onların zərərli təsirlərinin uzun müddət davam etməsinə səbəb olur.
Meyvə və tərəvəzləri 10 qram biokarbonatla qarışdırılmış 1 litr suda ən azı 8 dəqiqə yuyun. Bu, pestisidlərin təmizlənməsində effektli olacaq. Sirkəli suda da meyvə-tərəvəzləri bir daha yuyaraq bakteriyalardan təmizləndiyinə əmin ola bilərsiniz”.
Aytən Məftun
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq









.jpg)



























