Sağlamlıq
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun bir nömrəli düşmənini AÇIQLADI
ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) əl yumanı koronavirusun yayılmasının qarşısını alan ən təsirli vasitə kimi tanıyır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əllərin yuyulması adi nüans kimi görünsə də, ÜST təmiz əllərin koronavirus infeksiyası riskini azaltmağın ən təsirli yollarından biri olduğunu qəbul edib. Təəssüf ki, insanların 95 faizi əllərini səhv yuyur. Ekspertlər açıqlayıb ki, əlləri yumaq əslində bir elmdir!
Alimlər gigiyena vərdişlərini necə müəyyənləşdirdi?
“Journal of Environmental Health” jurnalında dərc edilən məqalədə göstərilib ki, amerikalı elm adamları ictimai tualetlərdə insanların gigiyenik qaydaları necə həyata keçirdiklərini izləyib. Nəticədə 3749 nəfər qeydə alınıb. Müvafiq məkana gələn hər üç nəfərdən biri əlini yuyarkən sabun istifadəsini zəruri saymayıb, 10 nəfərdən biri isə ümumiyyətlə başını qürurla qaldıraraq çanağın yanından keçib. Qadınlar kişilərə nisbətən daha səliqəli davranıb, 77,9% hallarda sabundan istifadə edib, kişilərin isə yalnız 50,3%-i.
Ümumilikdə ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən aparılan onlarla araşdırma da bu nəticəyə gəlib ki, əllərin hərtərəfli yuyulması hətta ən təhlükəli xəstəliklərin yayılmasının qarşısını ala bilər. Və bu yalnız respirator koronavirusu deyil, həm də sətəlcəm və kəskin ishal ilə müşayiət olunan xəstəliklərdir. Odur ki, yalnız əlləri yumaqla gündə minlərlə insanın həyatını xilas edə bilərsiniz.
Əllərin yuyulmasının 5 qızıl qaydası
1. Ən azı 20 saniyə əllərinizi yuyun. Unutmayın ki, əllərinizi yuyarkən saniyələr sürətlə getmir, odur ki, ölçülmüş sürətlə hesablamalısınız. Və beləliklə minimum iyirmiyə qədər sayın.
2. Yalnız ovcunuzu deyil, həm də hər iki əlinizin də arxa hissəsini yuduğunuza əmin olun.
3. Tualetdən istifadə etdikdən, burnunuzu sildikdən, hər öskürəkdən və ya asqırıqdan sonra əllərinizi mütləq yuyun.
4. Yeməkdən əvvəl, yemək zamanı və sonra əllərinizi yuyun.
5. Xəstə insanlarla danışdıqdan dərhal sonra əllərinizi yuyun. Məsələn, qrip virusu səthdə 5-10 saniyə yaşaya bilir. Bu müddət ərzində əllərinizi yumamısınızsa, virusun daşıyıcısısınız və onu başqalarına da yoluxdura bilərsiniz.
Yadda saxlayın ki, antiseptik məhlullar əlləri yumaq qədər təsirli deyil. Onların effektiv olması üçün tərkibi ən az 60% spirt olmalıdır, odur ki, ÜST əl yuma məsələsini mütləq prioritet sayır.
Aytən Məftun
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






