Sağlamlıq
Saç rənginin insan ömrünə İNANILMAZ TƏSİRİ - ARAŞDIRMA
İngilis alimləri tünd saçlı insanların qısa ömürlü olduqlarını təsbit edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat “Nature Communications” jurnalında dərc edilib. Kembric Universiteti Klinik Tibb Məktəbinin mütəxəssisləri bir neçə yüz min insanın genini təhlil edib. Tədqiqatın nəticələrində məlum olub ki, tünd saçlı insanlar cinsi yetkinlik yaşına daha tez çatır.
Üstəlik, cinsi yetkinliyin erkən başlamasının şəkərli diabet və ya ürək xəstəliyi kimi təhlükəli xəstəliklərin inkişaf riskini artırdığı da iddia olunub. Belə ki, mütəxəssislər saç rəngi və cinsi yetkinliyin beyində piqmentasiya, eyni zamanda cinsi vəzlərin yetkinləşməsini tənzimləyən hormonların sərbəst buraxılması üçün cavabdeh olan hipofiz vəzi ilə bağlandığına inanırlar.
Daha əvvəl koreyalı elm adamları keçəllik və iş sürəti arasındakı əlaqəni müəyyənləşdirmişdi. Belə ki, həmkarlarından daha sürətli işləyən kişilərin daha tez keçəlləşdiyi qənaətinə gəlinmişdi.
Aytən Məftun
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa4 Noyabr 13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi





































