Sağlamlıq
Koronavirusun əsas simptomu qızdırma deyil, BUDUR - Mütəxəssislər AÇIQLADI/VİDEO
Video əlavə olunub.
***
Dünya miqyasında koronavirusun diaqnozu, müalicəsi metodları ilə bağlı bilgilər daim dəyişir və yenilənir.
Publika.az xəbər verir ki, Çində pandemiyanın ortaya çıxmasından sonra xəstəliyin ən əsas simptomlarından birinin qızdırma olduğu açıqlanmışdı.
Lakin hazırda mütəxəssislər gəldiyimiz nöqtədə qızdırma ölçülərinin infeksiyanı müəyyən edən əlamət olmadığını, öskürək və tənəffüs çatışmazlığının daha nəzərəçarpan simptom olduğunu bildirir.
Son elmi araşdırmalara görə, qızdırması 37,3 dərəcədən çox olan hər kəsdə infeksiya aşkarlanıb. Lakin 38-dən yuxarı olan zaman reanimasiyaya gedən xəstələrdə qızdırma cavabının olmadığı müəyyən edilib.
Buna görə də koronavirusun müalicəsi ilə məşğul olanlar artıq yeni xəstələri təkcə qızdırmaya görə yox, öskürək və tənəffüs çatışmazlığı ilə bağlı testdən keçirir.
Xüsusilə, yaşlı insanların immun sistemləri zəif olduğua görə, onlarda infeksiyaya yoluxma olsa belə, qızdırmaya rast gəlinməyə bilər. Onlarda boğaz ağrısı, yorğunluq və öskürək daha nəzərəçarpan ola bilər.
Müxtəlif ölkələrin Səhiyyə Nazirlikləri xəstəxanaya müraciət edən şəxslərin 80%-dən çoxunun heç bir simptom olmadan gəldiklərini bildirir. Bu da o deməkdir ki, koronavirus artıq asimptomatik - yəni ən təhlükəli mərhələsindədir.
Zümrüd,
Video: Sevinc Xanqızı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)




















.jpg)

.jpg)