Sağlamlıq
İsveç həkimləri koronavirusun müalicəsində bu dərmandan İMTİNA ETDİ
İsveç ABŞ və Rusiyanın koronavirus testlərini rədd edib: əks təsirləri səbəbilə xəstəxanalar antimalarial dərman - xlorokinin istifadəsini dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Qərar bir neçə xəstənin əzələ ağrısı, görmə qabiliyyətinin zəifləməsi və miqren şikayətlərindən sonra qəbul edilib. Qeyd olunur ki, bəzi insanlarda xlorokin tabletləri qəbul etmək ürək problemlərinə və hətta infarkta səbəb ola bilər.
Avropa, ABŞ və Çin həkimləri dərmanı ağır xəstələrdə sınaqdan keçirmək üçün lisenziya alıb, lakin Böyük Britaniya klinik sınaqlar başa çatana qədər xlorokin istifadə etməməyə çağırıb. London İmperial Kollecinin anesteziya və reanimasiya şöbəsinin müdiri, professor Entoni Qordon dərmanın koronavirusun müalicəsində kömək etdiyinə dair hələ də inandırıcı dəlil olmadığını söyləyib.
Xatırladaq ki, antimalarial dərmanı COVID-19 ilə mübarizədə istifadə etmək barədə ilk qərar Çində aparılan araşdırmalardan sonra qəbul edilib.
Mart ayının əvvəlində “Banner Health” sağlamlıq təşkilatı xlorokin dərmanını yeni növ koronavirusun müalicəsi üçün ölümcül adlandırmışdı. “İnsanların infeksiyanın qarşısını almaq və ya müalicə etmək üçün yeni yollar axtarmağa çalışdıqlarını başa düşürük, amma istənilən dərman bu problemi həll etməyəcək” deyə ABŞ-ın Feniks şəhərindəki tibb mərkəzinin direktoru Daniel Bruks açıqlama yayıb.
Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib, 88 338 nəfər ölüb, 328 661 nəfər sağalıb. ABŞ yoluxmuş insanların sayına görə (429 mindən çox) birinci yerdədir, 14 mindən çox şəxs isə ölüb.
Aytən Məftun
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi














.jpg)



.jpg)










.jpg)






.jpg)

