Sağlamlıq
Dermatoloqlardan VACİB XƏBƏRDARLIQ
Dermatoloqlar bildirib ki, tez-tez əllərin sabunla yuyulması və antiseptiklərin istifadəsi dərini həddən artıq qurudur.
Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə tibb elmləri namizədi, V.A.Raxmanov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Dəri və Cinsi Yoluxucu Xəstəliklər kafedrasının dosenti Lyudmila Smirnova məlumat verib.
Həkimin sözlərinə görə, əlləri dezinfeksiya etmək üçün antiseptiklərdən gündə iki dəfədən çox istifadə etmək olmaz. Eyni zamanda, dezinfeksiyaedici dərmanlardan yalnız ictimai yerlərdə olanlara istifadə etmək tövsiyə olunur.
Həkim həmçinin hər beş dəqiqədə əl yumamağı məsləhət gördü. O, qeyd edib ki, belə prosedurların optimal sayı gündə altı dəfədən çox olmamalıdır.
Kosmetoloq Qalina Kaştanova öz növbəsində, tərkibində xlor olan xlorhexidin kimi dərmanlarla virusla mübarizə aparmağa çalışanlarda dəri problemləri meydana gəldiyini bildirib. Bundan əlavə, o, qoruyucu kremlərdən istifadənin zəruriliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı əlləri müntəzəm yuyub təmizləməyi və koronavirusdan qorunmaq üçün spirt əsaslı antiseptiklərdən istifadəni tövsiyə edir. Əl gigiyenası qrip və koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün görülən ən effektiv üsuldur.
“Sabun virusları aradan qaldırır. Əllərinizi sabun və su ilə yumaq mümkün deyilsə, tərkibində spirt tərkibli və ya dezinfeksiya edən salfetlər istifadə edin” , - deyə mütəxəssislər bildirirlər.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


