Sağlamlıq
Pandemiyanın dəhşətli SSENARİSİ HAZIRLANDI - Daha ölümcül xəstəlik dalğası yaşanacaq
ABŞ-ın Minnesota Universitetinin alimləri koronavirus pandemiyasının inkişaf ssenarisini hazırlayıb. Üç proqnoz variantının hər birində infeksiyanın 1,5-2 il müddətində yox olmayacağı, xəstəliyin yayılmasının 2022-ci ilin sonuna qədər davam edəcəyi göstərilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisələr ilk ssenari üzrə inkişaf edərsə, biz “sunami”nin ən yüksək dalğasını yaşamışıq olacağıq. Virus bəşəriyyətə ciddi zərbə vurub, amma növbəti iki il ərzində bizi daha kiçik dalğalar gözləyir. Bu vəziyyətdə xəstələnmək qorxusu sosial məsafəni yaşam normasına gətirəcək, bu da stadion və konsert zallarının, ticarət mərkəzlərinin fəaliyyətini birbaşa məhdudlaşdıracaq. İzdihamlı yerlər açıq təhlükə mənbəyi kimi qəbul ediləcək.
İkinci ssenariyə görə, payızda daha ölümcül və uzun sürən xəstəlik dalğası yaşanacaq. Yaydan sonra insanlar hər şeyin arxada qaldığını düşünərsə və rahatlaşarsa, gözləntilərin reallaşması qaçılmazdır. Bu ssenari səhiyyə sistemini zəiflədəcək. Həkim, xəstəxanalarda yer, havalandırıcı və fərdi qoruyucu vasitələr çatışmayacaq.
Ən pis vəziyyətdə, ildə iki dəfə - yazda və payızda bəşəriyyəti mütəmadi olaraq (iki il) epidemiyalar əhatə edəcək.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
