Sağlamlıq
Ağız yaxalayıcısı koronavirusdan qoruyur? - ARAŞDIRMA
Koronavirusdan qorunmaq üçün maska istifadəsi, gigiyena qaydalarına və sosial məsafəyə diqqət yetirmək tövsiyə olunur. Bəs ağız gigiyenası haqqında nə demək olar?
Publika.az-ın məlumatına görə, İngiltərədə aparılan araşdırmada ağız yaxalayıcısının insanları koronavirusdan qoruya biləcəyi qənaətinə gəlinib. Araşdırma Kardiff Universiteti tərəfindən aparılıb.
Koronavirus bəzi kimyəvi maddələrə həssas olan təbəqə ilə örtülüb. Ağızın yuyulması ilə bu xarici təbəqə məhv olur. Bundan sonra virusun hüceyrələrə daxil olması və təsir göstərməsi mümkünsüz olur.
Professor Levent Yamanel bildirib ki, bakteriya və virusların bədənə daxil olması üçün ağız və burnumuz qapı rolunu oynayır. O, İngiltərənin araşdırmasını məntiqli hipotez adlandırıb:
"Əl gigiyenasında alkoqol əsaslı dezinfeksiyaedici maddələri sabunla qarışdıraraq yağ qatını pozub virusun qarşısını almağa çalışırıq. Buna görə ağız gigiyenasında yaxalayıcının istifadəsi məqsədəuyğundur. Xüsusilə xlorid hidrogen yodu olan məhlullar olmadıqda şoran maddə və ya sirkə ilə yumaq məntiqlidir ", - deyə Yamanel qeyd edib.
Alimlər son nəticə üçün klinik sınaqlara başlamağı tövsiyə edirlər. Ancaq həkimlər əl gigiyenası ilə yanaşı ağız gigiyenasına da diqqət yetirməyi məsləhət görürlər. Bunun üçün səhər və axşam dişləri fırçaladıqdan sonra ağızı gigiyenik maddə ilə yaxalamaq kifayətdir.
Akqabay
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































