Sağlamlıq
Həkimdən CİDDİ XƏBƏRDARLIQ – Dondurma niyə təhlükəli məhsuldur? - - VİDEO
Video əlavə olunub.
xxx
Yetkin insanın gün ərzində yeyə biləcəyi optimal dondurma porsiyası açıqlanıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ENT klinikasının rəhbəri Vladimir Zaitsev bu soyuq deserti hər gün yeməyin təhlükəli olması barədə xəbərdarlıq edib. Həddən artıq dondurma yemək faringit, tonzillit, laringit və rinosinusitə səbəb ola bilər. Bundan əlavə, şokoladlı dondurma yüksək kalorili hesab olunur, onun yüz qramında demək olar ki, 300 kalori var.
Həkimin sözlərinə görə, isti iqlim zonasında yaşamayan insanlar hər gün dondurma yeyə bilməz. Yetkinlər üçün norma həftədə iki dondurmadır.
Zaitsev dondurmanı olduqca təhlükəli məhsul kimi qələmə verib. O, iltihab riskini minimuma endirmək üçün bu deserti bir qədər əridib və ya isti bir şeylə yeməyi tövsiyə edib. Məsələn, isti çay. Soyuq dondurma və isti çay boğazda təzad yaradacaq ki, bu da xəstələnmə ehtimalını azaldır.
Bu deserti sürətlə yeyib bitirməyə çalışmayın, əks təqdirdə diş və diş ətlərini aşındıra bilərsiniz. Bu da trigeminal nevrit üçün təhlükə yaradır. Başlıcası kondisionerli otaqda dondurma yeməyin.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)