Sağlamlıq
30 yaşdan sonra yaranan xallara DİQQƏT - Ölümcül xəstəlik işarəsi ola bilər
Dəriyə rəng verən melanin adlı hüceyrələrin müəyyən sahələrdə kəskinləşməsi nəticəsində əmələ gələn xallar doğuşdan etibarən az sayda yaranmağa başlasa da, illər sonra arta bilər.
Publika.az xəbər verir ki, mütəxəssislər 30 yaşdan sonra yaranan xallara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayır.
Müxtəlif hormonal dəyişiklillər səbəbilə ərgənlik, hamiləlik kimi dövrlərdə xalların sayı və həcmləri artır. Xüsusilə, 20 mm-dən böyük xalların daha böyük risk daşıdığı, hətta xərçəngin xəbərçisi olduğu bildirilir.
Dermotoloq Onur Çapkanın sözlərinə görə, 30 yaşdan sonra yaranan xallar xərçəng riski daşıyır: “Genetik meylli zəmində müqavimət görməyən kəskin Günəş şüaları xalların sayın artırır. Rəng, həcm və forma dəyişikliyi bu səbəbdən yaranır. Lakin bu dəyişiklik illər ərzində, yavaş-yavaş olur. Ona görə də normal qəbul edilir. əsas diqqət edilməsi vacib olan son bir neçə ay ərzində əmələ gələn və ya sürətlə dəyişən xallardır. Rəng və forma simmetriyası olmayan, sürətlə forma dəyişən və ya qabarıqlaşan qaşıntı, qabıqlanma, qanama əmələ gətirən xallar şübhə yaratmalıdır”.
Mütəxəssis qeyd edib ki, yeni əmələ gələn, başqa xallara bənzəməyən xallar varsa, mütləq dermotoloqa müraciət edilməlidir.
Onun sözlərinə görə, çox sayda xalı olan şəxslər, əsasən, açıq dəri rəngli, qırmızı-sarı saçlı, rəngli gözlü və ya asanlıqla Günəş yanığı yarana bilən dəri tipinə məxsus insanlardır: “Bu şəxslər üçün ailədə yaşana biləcək xərçəng, immune sisteminə təsir edən Günəşə həssaslıq, genetik xəstəliklər, dərman risk faktorudur”.
Çapkan qeyd edib ki, dəri xərçəngi erkən diaqnoz sayəsində müalicə olunan və sağalan xəstəlikdir. Lakin nəzarətsiz və nizamsız Günəş işığına məruz qalma bu xəstəliyin yaranması riskini artırır. Ona görə də yay aylarında xüsusilə diqqətli olmaqda fayda var.
Zümrüd
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır






































