Sağlamlıq
Elektron siqaretlər ölümcül təhlükəlidir - XƏBƏRDARLIQ
Elektron siqaretin buxarını hətta bir dəfə udmaq ürək-damar sisteminə mənfi təsir edir.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri çıxış ediblər.
Tədqiqatçılar üzərində təcrübə aparılan insanlarda elektron siqaret mayesinin inqalyasiyasından sonra bud arteriyasında qan dövranının müvəqqəti dəyişdiyini müşahidə ediblər.
MRT müayinəsi qan dövranının hətta nikotinsiz mayedən istifadə vaxtı da dəyişdiyini göstərib. Alimlər hansı mayenin nəticələrə təsir etdiyini müəyyən edə bilməyib.
Tədqiqat müəllifi U.Verli Feliksi qeyd edir ki, bir neçə dəqiqə sonra hər şey normaya düşür, lakin zamanla bu siqaretlərin istifadəsi qarşısıalınmaz nəticələrə gətirib çıxara və ateroskleroz daxil olmaqla, ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)