Sağlamlıq
Koronavirusdan sağalanları GÖZLƏYƏN TƏHLÜKƏ - Kimlər risk altındadır?
COVID-19 xəstələrinin ən çox qorxduğu vəziyyət ağciyər zədələnməsidir. İnfeksiyadan sağalanlarda fibroz inkişaf edə və diaqnozda “pnevmoskleroz”, “pnevmofibroz” da görünə bilər.
Publika.az xəbər verir ki, pulmonoloqların sözlərinə görə, ümumiyyətlə bunlar sinonim ifadələrdir.
Əslində, birləşdirici toxuma yayılmasından söhbət gedir. Əsas vəzifəsi qaz mübadiləsi olan tam ağciyər hüceyrələrinin yerində “buzlu şüşələr” görünür. Bu səbəbdən də insanın nəfəs alması daha da çətinləşir. Birincisi, fiziki yüklənmə zamanı nəfəs alma pozulur, lakin geniş fibroz varsa, istirahət zamanı da nəfəs almaq ağırlaşır.
Fibrotik dəyişikliklər kim üçün daha risklidir?
Təcrübəli pulmonoloq, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının professoru, Moskva Dövlət Tibb və Diş Universitetinin kafedra müdiri Kirill Zıkov bu cür xəstə qruplar haqqında ətraflı məlumat verib.
Yüksək risk qrupu:
- yaşlı insanlar (65+);
- siqaret çəkənlər - üstəlik, qəlyan sevənlər, elektron siqaret və tütün qızdıran hər hansı cihaz istifadəçiləri üçün risk dəfələrlə artır;
- fibrozun inkişafında genetik meylli insanlar (əgər bu valideynlərdən hər hansında, yaxud nənə və babada varsa);
- Birləşdirici toxuma sistematik iltihabi xəstəlikləri olan xəstələr (sistemik lupus eritematosus, skleroderma, Sjogren xəstəliyi və başqaları).
“Bundan əlavə, fibrozun şiddəti xəstəliyin müddəti (koronavirus infeksiyası) və onun müalicəsindən asılıdır”, - professor Zıkov əlavə edib. Onun sözlərinə görə, xəstəliyin gedişatı nə qədər uzun olsa, insanın fibroz dəyişikliklərə məruz qalma ehtimalı o qədər yüksəkdir.
Aytən Məftun
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı

















.jpg)


















