Sağlamlıq
ABŞ bu dərmanın dünyadakı bütün ehtiyatlarını aldı
Amerika Birləşmiş Ştatları koronavirus xəstələrinin müalicəsində istifadə edilən "Remdesivir" adlı dərmanın dünya ehtiyatının 90 faizini alıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb. O, dərmanın əla təsir etdiyini və buna görə prezident administrasiyasının dərman ehtiyatlarına nəzarəti təmin etdiyini qeyd edib.
Mediada yayılan məlumatlara görə, ABŞ üç ay əvvəl "Remdesivir"in demək olar ki, bütün hissəsini satın alıb. Odur ki, yaxın gələcəkdə digər ölkələr dərmanı kifayət qədər miqdarda ala bilməyəcək.
ABŞ, Yaponiya, Cənubi Koreya, Hindistan, İsrail, Böyük Britaniya da daxil olmaqla bir çox ölkədə "Remdesivir" koronavirus xəstələrinin müalicəsində istifadə üçün rəsmi olaraq təsdiq edilib. Sözügedən dərman vasitəsi Hepatit C və digər xəstəliklərin müalicəsi üçün hazırlanıb.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Sumiya Svaminatan "Remdesivir"i koronavirusun yeganə ümidverici müalicəsi adlandırmışdı. Onun sözlərinə görə, yalnız bu preparat antiviral dərmanların sınağında COVID-19-a qarşı müsbət nəticə göstərib. Svaminatan qeyd edib ki, dərman xəstəxanaya yerləşdirilmələrin sayını azaldır.
May ayında ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimləri bəyan etmişdi ki, "Remdesivir" COVID-19 xəstələrində sağalma prosesini sürətləndirir. Dərman ölüm hallarını da azaldır. Belə ki, eksperimental qrupdakı xəstələr arasında ölüm nisbəti 7,1 faiz təşkil edib.
Aytən Məftun
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər













.jpg)



.jpg)



















