Sağlamlıq
Şahin Məmmədovdan həyəcan TƏBİLİ: “Xəstənin sayı-hesabı yoxdur” - VİDEO
Video əlavə olunub.
xxx
“Bu qədər çox ağır xəstə olacağını təsəvvür etmirdim. Reanimasiya tam dolu vəziyyətdədir. Xəstənin sayı-hesabı yoxdur. Hamısı da çox ağırdır. Reanimasiyada orta ağırlıqda xəstə görmədim. Həkimlər və tibb bacıları özlərini təhlükəyə atmağa məcburdur. Başqa yol yoxdur”.
Publika.az xəbər verir ki, bu fikirləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Təcrübələrini paylaşan həkim qeyd edib ki, vəziyyəti ağır olanlar arasında kök xəstələr üstünlük təşkil edir:
“Xəstələri tez-tez pron vəziyyətə keçiririk, hamısı da artıq çəkili, ödemli. İntubasiya edirik, aparatı xəstəyə uyğunlaşdırırıq, trupka tez-tez “otsoslanır”, ya trupkası dəyişdirilir, CPAP-da olan xəstələrin maskaları bərkidilir, xəstənin üzünə uyğunlaşdırılır, arterial qan qazları götürürük, mərkəzi venoz təzyiqi ölçürük, kateterlər, zondlar, mərkəzi vena kateterizasiyası və s. Bu cür ağır fiziki işlərdən başqa hələ hər xəstənin su duz, turşu qələvi müvazinətini, qidalanmasını, əlavə xəstəliklərin yaratdığı problemləri tənzimləməyə çalışrıq. Fiziki yorğunluğa baxmayaraq, beyin işlətməliyik. Hələ özümüzü qorumağa da çalışmalıyıq, amma açıq desəm, mümkünsüz görünür. Bizim xəstələrə başqa ölkələrdən gələn xarici həkimlər çətin can yandıra, həyatlarını təhlükəyə ata.
Sizin bura xəstə kimi düşməməyiniz üçün hələ də şansınız var, odur ki, özünüzü qoruyun. Elə-belə demirəm bu sözü. Ciddi şəkildə qoruyun. Maska, hətta üz sipəri, əlcək geyinin. Bura düşsəniz, ciddi yanaşmadığınız üçün dəqiq peşman olacaqsınız, amma onda da gec olacaq”.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)