Sağlamlıq
Professor koronavirus müalicəsində baş verə biləcək fəsadlar barədə XƏBƏRDARLIQ ETDİ
Xəbər verdiyimiz ki, koronavirusun əsas hədəflərindən biri qan damarlarıdır. COVID-19 kapilyarların daxili qabığına təsir göstərir, onlarda mikrotromb əmələ gəlməsinə səbəb olur. Qan laxtalanmasının artmasına mane olmaq və qan laxtalanma riskini azaltmaq üçün həkimlər xəstələrə antikoagulyant dərmanlar təyin edirlər.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə koronavirus müalicəsində antikoagulyant dərmanların faydaları barədə məlumatlar yayılmaqdadır.
Rusiya Səhiyyə Nazirliyinin baş kardioloqu, Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Boyçov qeyd edib ki, bu dərmanları həkim nəzarəti olmadan heç bir halda qəbul etmək olmaz:
“Heç bir halda antikoagulyantlar həkim resepti olmadan istifadə edilməməlidir! Bu dərmanlar koronavirusun təzahürlərinin şiddətini azaldır, eyni zamanda qanaxma riskini artırır. Yaş, böyrək funksiyası, xəstənin qan təzyiqi səviyyəsi və digər vacib amillər nəzərə alınmaqla bu riski düzgün hesablamaq çox vacibdir. Bunu yalnız bir həkim edə bilər. Risk və dərman dozasını təyin etmək üçün xüsusi bir alqoritm istifadə edilir. Antikoagulyantlarla özünü müalicə etmək ölümcül mədə-bağırsaq qanaxması və hemorragik insultla nəticələnə bilər” , - baş kardioloq xəbərdarlıq edib.
Mütəxəssis əlavə edib ki, koronavirus zamanı aspirin qəbul etmək təhlükəsiz deyil.
“Kardioloqlar bilir ki, aspirin kifayət qədər yüksək qanaxma riski olan bir dərmandır, odur ki, müalicədə ondan çox ehtiyatla istifadə edirlər. Bu dərmanın riskləri potensial faydasından daha yüksək ola bilər. Parasetamol isə koronavirus infeksiyası üçün ən təhlükəsiz və təsirli antipiretikdir”.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


