Sağlamlıq
ÜST-dən TÖVSİYƏ: Koronavirus xəstələrinin müalicəsində bu dərmandan istifadə etməyin
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası olan xəstələrin müalicəsində "Remdesivir" dərmanından istifadə etməməyi tövsiyə edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti dərman istifadəsi ilə bağlı təlimatların hazırlanması ilə məşğul olan beynəlxalq ekspert qrupunun nəticələrinə istinad edərək məlumat verib.
ÜST bu günə qədər xəstəliyin şiddətindən asılı olmayaraq, dərmanın xəstənin tez sağalmasına təsirinə dair bir dəlil olmadığını vurğulayıb. Bundan əlavə, ventilyasiya ehtiyacını azaltmasına təsiri barədə heç bir dəlil tapılmayıb.
Eyni zamanda dərmanın klinik praktikada rolu aydın deyil. Ekspertlərin bu tövsiyəsi 7000-dən çox xəstənin iştirak etdiyi beynəlxalq sınaqların nəticələrinin təhlilinə əsaslanır.
O da qeyd olunub ki, "Remdesivir"in spesifik xəstə qruplarına təsirini araşdırmaq üçün tədqiqatlar davam etdirilməlidir.
Aytən Məftun
-
Sosial12:04Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən...
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?





























.jpg)
.jpg)





