Sağlamlıq
Məxmərək peyvəndinin koronavrusa İNANILMAZ TƏSİRİ
Qızılca, suçiçəyi və məxmərək peyvəndi (MMR dərmanı) ağır dərəcədə koronavirus infeksiyası riskini azaldır.
Publika.az xəbər verir ki, bu barədə Amerika Mikrobiologiya Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, Corciya Universitetinin alimləri araşdırma aparıb. Araşdırma COVID-19-a yoluxmuş 80 xəstəni əhatə edib.
Universitetin professoru David Harleynin sözlərinə görə, alimlər parotit virusuna qarşı antikorların səviyyəsi ilə koronavirusun kəskin təzahürləri arasındakı tərs əlaqəni aşkar edə bilib. Xəstənin bədənində parotit virusuna qarşı antikorlar nə qədər çox olsa, COVID-19 simptomlarının o qədər şiddətli olmadığı qeydə alınıb.
Tədqiqatın müəlliflərindən biri Cefri Qold bildirib ki, kəşf edilmiş nümunə ABŞ və Avropada iki dəfə MMR peyvəndi alan uşaqlarda və yeniyetmələrdə nadir görülən ağır COVID-19 hallarını izah edir.
Xatrladaq ki, türkiyəli professor Uğur Şahinin ortağı olduğu Amerikanın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətləri tərəfindən hazırlanan koronavirus peyvəndinin təxmini qiymətinin 15,5 avro olacağı bildirilib.
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bildirib ki, peyvəndin 300 milyon doza dəyəri 4.6 milyard avro təşkil edəcək.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
