Sağlamlıq
Koronavirus xəstələrinin müalicəsində ƏSAS SƏHV
Müalicənin vaxtından əvvəl dayandırılması koronavirus infeksiyasının yenidən kəskinləşməsinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi Andrey Kondrakin məlumat verib. O, koronavirus xəstələrinin yenidən xəstəxanaya yerləşdirilməsinin səbəblərindən danışıb. Həkimin sözlərinə görə, bu, xəstələrin xəstəxanadan qısa müddətdə çıxmaq və dərman qəbul etməyi dayandırmaq istəkləri ilə əlaqədardır.
“Bəzi dərmanlar var ki, bir ay qəbul etmək lazımdır. Onları sona qədər bitirmək çox vacibdir. İkincisi, sağaldıqdan iki həftə sonra ikinci test etdirməyi unutmayın. Başqa bir vacib şərt odur ki, özünüzü soyuqdan qorumalısınız”, - Kondrakin “Veçernaya Moskva” nəşrinə verdiyi müsahibədə deyib.
Mütəxəssis qeyd edib ki, evdə müalicə alarkən özünüzü fiziki baxımdan yükləməyin, mütəmadi olaraq qan təzyiqinizi ölçün. Alkoqoldan, yağlı, ədvalı, şirin və duzlu yeməklərdən də imtina etmək lazımdır.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)