Sağlamlıq
"Buzlu şüşə" diaqnozu ilə bağlı deyilənlər yanlış imiş
"COVID-19 pnevmaniyası zamanı kompüter tomoqrafiya (KT) ilə ağciyərin zədələnməsinin faizlə göstərilməsinin heç bir elmi əsası yoxdur və məlumatsız pasiyentləri bununla da psixoloji olaraq gərginliyə salmaq yolverilməzdir".
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, elmi tədqiqatlara əsasən, ağciyərlərin zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni ağciyərdə dəyişikliyin xəstəliyin neçənci gününə xas olmasının qeyd edilməsi zəruridir:
"Ümumiyyətlə kompüter tomoqrafiya ilə bir neçə vacib məsələyə diqqət yetirilir. Bu barədə mənim özümün də dünyanın nüfuzlu jurnallarında çap edilən elmi tədqiqatlarım var. Amma aylardır diqqətimi çəkən bir məqam var ki, bu, Azərbaycanda icra edilir və heç bir cavabdeh qurum və ya şəxslər buna reaksiya vermir. Bu da ağciyərdə olan dəyişikliyin sadəcə “buzlu şüşə” adlandırılması və faizlə miqdarının göstərilməsidir. Bu, çox ciddi yalnışlıqdır və bu səhvə görə insanın həkimliyinə şübhə ilə yanaşarlar".

"Bu fikirlərlə kimlərisə aşağılamaq fikrim yoxdur. Sadəcə bu kimi halların heç bir elmi əsasının olmaması ilə yanaşı insanları ciddi təşvişə salmaq və narahat etmək yolverilməzdir. Ona görə də bunu deməyi bir həkim kimi özümə borc bilirəm. Bu cavabları yazan həkimlər bilməlidir ki, ümumiyyətlə ağciyərdə olan dəyişikliklərin ilkin mərhələsinin patofiziologiyasında əsas rolu alveolyar epitelin və ağciyər-damar endotelinin zədələnməsi tutur. Müalicə həkimi də ilkin mərhələdə xəstəni kompüter tomoqrafiyaya yönləndirəndə ağciyərlə bağlı bilmək istədiklərindən ən vacibi patologiyanın COVID-19-a tipik olması, onun hansı səviyyədə olması və görünən ağciyər zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni xəstəliyin neçənci gününə aid ağciyər dəyişikliyinin olmasıdır. Digər vacib məsələlər isə xəstənin özünün kliniki vəziyyətindən asılı olaraq fərqli olur. Bir daha təkrarlayıram ki, heç bir müalicə həkiminə faizlə miqdar lazım deyil və lazım olmamalıdır. Bundan başqa, hər kəsdə də “buzlu şüşə” dedikləri dəyişikliyi yazmaq olmaz. Çünki həmin dedikləri dəyişiklik xəstəliyin müəyyən günlərində olur və sonra o öz xarakterini dəyişir. İnsanlara da səslənib bildirmək istəyirəm ki, sizlərə deyilən “buzlu şüşə” heç də qorxulu bir şey demək deyil, hətta əksəriyyətinizin KT cavablarınızda da o səhv yazılıb" - N.Abdullayev əlavə edib. (report)
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı

















.jpg)






.jpg)

.jpg)










