Sağlamlıq
Koronavirus niyə mutasiyaya uğradı?
Koronavirusun dərmanlarla müalicəsi, həmçinin antikorlarla plazma istifadəsi yeni ştammların və mutasiyaların yaranmasına səbəb olur.
Publika.az xəbər verir ki, bu barədə Corc Mason Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Anç Baranova söyləyib. Mütəxəssis bildirib ki, İngiltərədəki koronavirus çeşidi daha yoluxucudur, lakin bu, onun daha təhlükəli olduğu anlamına gəlmir. Bununla birlikdə bioloq xatırladıb ki, patogenin dəyişikliklərə uğraması insanın daxilində uzun müddət qalıb inkişaf etməsi və təkamülü nəticəsində baş verir. Bu prosesi isə müalicədə istifadə olunan dərmanlar daha da sürətləndirir. Baranovanın dediyinə görə, xəstənin bədənində virusun uzun müddət olması immunitetin azaldığını göstərir. HİV və ya orqan köçürülməsi vəziyyətində həkimlər bunu dərman vasitəsi ilə basdırırlar.
“Bu cür terapiyanın istifadəsi düzgündür, ancaq virusun bədəndə daha çox qalmasına şərait yaradır. Bədənin virusu təmizləməsi üçün çox vaxt lazımdır. Mutasiyalar spesifik müalicədən də, məsələn, çox sayda antikor olan plazma istifadəsindən də təsirlənir. Koronavirusla mübarizədə istifadə olunan “Areplivir”, “Coronavir” və ya “Remdesivir” kimi məşhur dərmanlar zəif patogenləri məhv edir, güclü olanlarsa bədəndə qalır və inkişafına davam edir. Sonra sağalmış serumu əlavə edirik, standart bütöv virusları vuracağıq, lakin perspektivli mutantlar qalacaq və dünyaya yayılacaq”, - mütəxəssis “RİA Novosti”yə verdiyi müsahibədə vurğulayıb.
Bioloq virusun müalicəsinin mutasiyaların təbiətdə olduğundan daha tez baş verməsinə səbəb olduğu qənaətinə gəlib.
Aytən Məftun
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi













_(1).jpg)























.jpg)
.jpg)
