Sağlamlıq
Məşhur həkim “buzlu şüşə” haqqında bilinməyənləri açdı
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev koronavirusun səbəb olduğu “buzlu şüşə”, “buzlaşma”, “kristallaşma”, “buz kristalları” sözlərinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, ekspert bu sözlərin hamısının xəstəlikdə istifadə olunmasının yanlış olduğunu qeyd edib. Həkim bildirib ki, KT müayinəsində aşkar edilən dəyişikliyin adı “buzlu şüşə mənzərəsi”dir:
“Bu, buzlaşma, kristallaşma, buz kristalları deyil! Bu, görüntüdür, əlamətdir və COVID-19 xəstəliyindən illər öncədən radioloqların demək olar ki, hamısının istifadə etdiyi bir termindir. KT və rentgen müayinəsində istifadə edilən x-şüaları (Rentgen şüaları) normal, hava ilə dolu ağciyərlərdən rahatlıqla keçir və bu, şəffaflıq adlanır. Çünki normal ağciyərlər x-şüaları üçün şəffaf mühitdir. Bəzi ağciyər xəstəliklərində, eləcə də ağciyərlərdə dəyişiklik yaradan koronavirus xəstəliyində (əgər virus yuxarı tənəffüs yollarından aşağı tənəffüs yollarına - kiçik bronxlara, alveollara, oradan da damarlara keçirsə) bronx divarlarında iltihabi qalınlaşma, alveollarda iltihab və digər dəyişikliklərlə əlaqədar olaraq oradakı havanın yerinə maye toplanır. Əgər bu proses ağciyərlərdə kiçik sahələri əhatə edirsə, yəni şüaların keçməsinə çox maneə yaratmırsa, rentgen müayinəsində ağciyərlər aldadıcı normal görünə bilər. Ağciyərlərdəki havalılığın azalması 20%-dən çox olmalıdır ki, rentgen müayinəsində aşkar edilə bilsin. KT müayinəsində isə həssaslığı çox olduğundan həmin o alveollardakı havanın yerinə daxil olmuş az miqdarda maye və iltihabi qalınlaşmaları göstərir.

İndi görək necə göstərir? Bu dəyişikliklər şüaların bir hissəsinin ağciyərdən keçməsinə mane olur, həmin o maye və qalınlaşmış hissələr şüaların bir hissəsini udur, absorbsiya edir. Bunun nəticəsində əvvəldə qeyd etdiyimiz şəffaflıq təmiz deyil, bulanıq görsənir. Sanki təmiz şüşə kimi yox, buzlanmış şüşə kimi görünür və “buzlu şüşə mənzərəsi” adlanır. Yəni ağciyərlərdə heç bir buzlaşma, kristallaşma getmir! Obrazlı şəkildə belə adlanır. Proses dərinləşərsə, daha böyük sahəni əhatə edir və alveollardakı mayenin, qalınlaşmaların miqdarı və zədələnmiş sahələrin sayı artarsa, o zaman konsolidasiya - Rentgen və KT-də intensiv kölgəliklər görünür. Yəni konsolidasiya-intensiv kölgəliklər görüntüsü “buzlu şüşə mənzərəsi”ndən daha ağır vəziyyətdir. O ki, qaldı % dərəcəsinin göstərilməsinə, burada heç bir problem yoxdur, əksinə “buzlu şüşə mənzərəsi”nin % dərəcəsinin göstərilməsi xəstəyə və müalicə həkiminə köməkdir”.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı

















.jpg)


















