Sağlamlıq
Bu meyvə suyu xərçəngi zəiflədir
Çoxsaylı araşdırmalar narın təsiredici xüsusiyyətini təsdiqləyib ki, bu da bədənin qocalma prosesini yavaşlatmaqla yanaşı, xərçəngin inkişaf riskini də azalda bilər.
Publika.az xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.
“Narın uzunömürlülük və sağlamlığa dair effekti bir neçə sınaqdan keçirilib. Əldə olunan nəticələrə əsasən, nar suyu kişilərin və qadınların ömrünü 8-18 faiz uzadır.
Nar şirəsi hüceyrələrdə daha yaxşı mitokondrial funksiyanı təmin edən urolitin A adlı maddə ehtiva edir. Bu xüsusiyyət yaşlanmanı ləngitməyə kömək edir. Bundan əlavə, nar ürək xəstəliklərindən və xərçəngdən qoruya bilir.
Narın effekti xüsusilə prostat xərçəngi nümunəsində sübut edilib. Əsas göstəricisi prostata spesifik antigendir (PSA). PSA səviyyəsi qısa müddətdə iki dəfə artan kişilərdə prostat xərçəngindən ölüm riski yüksəlir. Gündə 237 ml nar suyu içmək PSA-nın ikiqat artma müddətini 15-54 ay arasında ləngidir və bununla da onkoloji riski azaldır”, - məqalədə qeyd edilir.
Aytən Məftun
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)