Sağlamlıq
Uzun illər mübarizə aparmalı olacaq - ÜST
Dünya koronavirus pandemiyasına qarşı uzun illər mübarizə aparmalı olacaq.
Publika.az xəbər verir ki, bu barədə ÜST-nin təcili yardım proqramının direktoru Maykl Rayan deyib.
“COVID-19 ilə mübarizədə əldə etdiyimiz irəliləyişə baxmayaraq, hələ də pandemiya ilə mübarizə aparmaq o qədər də asan deyil. Bunun bir çox səbəbləri var. İnsanlar bütün dünyada koronavirus xəstəliyinə yoluxur və virusun yayılmasının qarşısını almaq həmişə mümkün olmur. İstehsal olunan peyvəndlərin həcmi pandemiyaya birdəfəlik son qoymaq üçün yetərli olmaya bilər”, - ekspert brifinqdə bildirib.
Eyni zamanda mütəxəssis koronavirusa qarşı tədbirlərin əbəs olmadığını vurğulayıb, çünki hər gün onların sayəsində bir çox insan sağ qalır. O, bəşəriyyət tarixində uzun illər davam edən pandemiyaların olduğunu da xatırladıb. Bu vəziyyətdə gənclər də xəstəliyə məruz qalacaqlar, çünki yetkin əhali xəstəlikdən immunitet qazanacaq.
“Bu və ya digər xəstəliyin endemik və sistemli olma riski həmişə var. Buna bənzər nümunələr gördük. Bəşəriyyət tarixində biz yalnız çiçək xəstəliyini məğlub edə bildik, lakin bu günə qədər, məsələn, poliomielit və qızılca xəstəliyini aradan qaldıra bilməmişik”, - Rayan qeyd edib.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
