Sağlamlıq
Qocalmaq istəmirsinizsə, yeməyinizə BUNU ƏLAVƏ EDİN! - VİDEO
Video əlavə olunub.
xxx
Qara istiot dünyada ən məşhur ədviyyatdır. Ona “Ədviyyat kralı” adı təkcə dünyanın bütün mətbəxlərinin tələbatına görə deyil, faydalı xüsusiyyətləri baxımından da verilib.
Publika.az xəbər verir ki, qara istiotun müntəzəm istifadəsi xolesterin və qanda qlükoza səviyyəsini idarə etməyə kömək edir, beyin fəaliyyətini yaxşılaşdırır, hətta yaşlanmanı ləngidir. Onun faydalı xüsusiyyətləri bununla bitmir. Qara istiot güclü antioksidant - piperinin yüksək konsentrasiyasını ehtiva edir. Bu, bədəni sərbəst radikal zədələrdən qoruyur, iltihablı proseslərin inkişafının qarşısını alır, yaşlanma prosesini ləngidir və ultrabənövşəyi şüalanmadan qoruyur. Yeri gəlmişkən, piperin başqa bir təbii antioksidant olan kurkuminin təsirini xeyli artırır, buna görə sarıköklü yeməklərə hər zaman qara istiot əlavə etmək tövsiyə olunur.
Bu ədviyyat güclü antiinflamatuar xüsusiyyətlərə malikdir. Ancaq iltihablı reaksiyalar bədən üçün son dərəcə vacibdir. İltihab həyatımızı və sağlamlığımızı təhdid edə biləcək viruslara, bakteriyalara və patogenlərə qarşı müdafiə mexanizmidir. Ancaq iltihab xroniki hala gəldikdə artıq müdafiə deyil, ciddi problemə çevrilir. Qara istiotu meydana gətirən aktiv birləşmələr bədənin hər hüceyrəsini yeni zərərlərdən qoruyaraq molekulyar səviyyədə iltihabla mübarizə apara bilir.

Qara istiotun tərkibindəki aktiv maddələr qanda xolesterin səviyyəsini idarə etməyə, damarları təmizləməyə və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir. Bundan əlavə, son tədqiqatlar piperinin beyin funksiyası üçün faydalı olduğunu təsbit edib. Konsentrasiyanı artırır, yaddaşı yaxşılaşdırır və performansa müsbət təsir göstərir.
Qara istiot kalsium və seleniumun qidadan daha yaxşı sovrulmasını, həm də yaşıl çayda və müəyyən növ bitkilərdə olan faydalı birləşmələrini təşviq edir. Ədviyyatın digər bir faydası mikrobiomun keyfiyyətini artırmağa kömək etməsidir. Bağırsaqdakı düzgün bakteriya tarazlığı xüsusilə yaxından izlənilməlidir, çünki immun funksiyasından əhval-ruhiyyəyə qədər bədənimizdəki müxtəlif proseslərə təsir edir.
Aytən Məftun
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
















.jpg)





















.jpg)


