Sağlamlıq
Professor: “Vaksin vurdurmayan insan təhlükə mənbəyidir”
“Avropa İttifaqı liderlərinin vaksin olunmayan şəxsləri öz ərazisinə buraxmaması barədə irəli sürdüyü təklifi düzgün hesab edirəm. Vaksinasiya dünyada yeganə vasitədir ki, koronavirus pandemiyasının qarşısını ala bilər. Xəstəliyin yayılmasını dayandıran və ya insanların həyatda qalmaq şansını artıran hər hansı başqa bir effektiv üsulumuz yoxdur”.
Bu sözləri Publika.az-a açıqlamasında tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. Həkim bildirib ki, vaksin vurdurmayan insan həmişə təhlükə mənbəyidir:
“Türkiyə, İndoneziya, Braziliya, Azərbaycan və digər ölkələr “Sinovac”dan istifadə edir. Lakin mən “Sinovac” vaksinlərinin nə qədər effektiv olacağını bilmirəm, onun 3-cü mərhələsinin nəticələri hələ tam bitməyib. Tədqiqatlar davam edir. Avropa İttifaqının, Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq avtoritar qurumların qəbul etdiyi 3 vaksin var: “Moderna” , “The Oxford/AstraZeneca COVID-19 vaccine”, “Pfizer-BioNTech”.
Avropa İttifaqının Çin vaksini vurduranları öz ərazisinə buraxmayacağı barədə iddialar da səsləndirilir. Odur ki, Avropa ölkələrinə səyahət etmək istəyənlərdən hansı sənədlərin tələb olunacağı sual altındadır.
Qeyd edək ki, Çin istehsalı peyvəndlər Avropa tərəfindən təsdiq edilməyib. Çində peyvənd istehsalçıları da ittifaqın təsdiqi üçün müraciət etməyib. Rusiya isə Çindən fərqli olaraq öz peyvəndlərinin qəbulu üçün Aİ-nin EMA təsdiq qurumuna müraciət ünvanlayıb.
Aytən Məftun
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
















.jpg)



















.jpg)
.jpg)

