Sağlamlıq
Daimi baş ağrısının səbəbi bu imiş
Rusiyalı həkim İrina Yarçeva və terapevt Larisa Alekseyeva RT-yə verdikləri müsahibədə davamlı baş ağrısının səbəblərini açıqlayıblar.
Publika.az xəbər verir ki, Yarçeva daimi baş ağrısının bir çox xəstəlikdə ən çox görülən simptomlardan olduğunu qeyd edib.
“Stress, həddindən artıq gərginlik və yuxu çatışmazlığı baş ağrısının əsas səbəblərindəndir. Odur ki, iş və yuxu rejiminizi, həmçinin stress səviyyəsini daima nəzarətdə saxlamalısınız. Vaxtında fasilə verin və ya idmanla məşğul olun.
Baş ağrısı yüksək qan təzyiqi ilə yanaşı, qlaukomanın inkişafı ilə də əlaqəli ola bilər, xüsusilə yaşlılarda. Bundan başqa, uzun müddət kompüter qarşısında çalışmaq baş ağrısına təkan verir. Çünki onurğa əzələ gərginliyindən əziyyət çəkir.
Steroid olmayan antiinflamatuar dərmanlar baş ağrısına kömək edir. Bununla birlikdə, gündəlik preparat sayı icazə verilən dərəcəni aşmamalıdır, odur ki, mütəxəssislə məsləhətləşməlisiniz”, - o, müsahibəsində bildirib.
Alekseyeva isə baş ağrısının ümumi səbəbini havadakı dəyişikliklər ilə əlaqələndirirb. Həm də səbəb hipotermiya ola bilər. Bundan əlavə, insanların həyat ritmindəki dəyişikliklər, tez hazırlanan yeməklər, energetik və spirtli içkilər, həmçinin siqaret baş ağrısına səbəb olur.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


