Sağlamlıq
Hacettepenin professorundan ŞOK AÇIQLAMA: virus uşaqlarda daha çox...
“Mutant virus daha çox 0-9 yaş qrupuna təsir edir”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri professor Mehmet Ceyhan deyib.
Onun sözlərinə görə, artıq 5 ölkədə koronavirus mutantlarının daha çox uşaqlara yoluxduğuna rast gəlinib və xüsusilə, 0-9 yaş qrupunda xəstəlik sayında artım var.
Qrip və mövsümi qripə yol açan 2 mutant virus olduğunu ifadə edən professor bildirib ki, onlardan biri H1N1, digəri H3N2-dir: “H1N1 İspan qripində ortaya çıxdı, ancaq həyatımızdan getmədi. Digəri isə Asiya qripindən əmələ gəldi və hələ də dövriyyədədir. Bir il bir növ daha çox yayılır, o biri il digəri. H3N2, əsasən, yaşlıları təsir edir, H1N1 isə uşaqları və gəncləri yoluxdurur, ölüm və qadınlarda düşük nisbətini artırır. Lakin H3N2 bu qədər təsir etmir”.
Koronavirus mutasiyasında da oxşar bir vəziyyət olduğunu söyləyən M.Ceyhan qeyd edib ki, bunların hamısı müşahidələr nəticəsində müəyyənləşdirilib, səbəbi izah edilmir: “Ardıcıl 5 ölkə mutant virusu olan xəstələrin, xüsusilə, 0-9 yaş qrupundakı kiçik uşaqlar olduğunu bildirib”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
