Sağlamlıq
Virusun ağciyərlərə enməsini 30 saniyəyə dayandıran üsul
Türk stomatoloq Aykan Onur Atilla bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmaların olduğunu söyləyib.
Publika.az xəbər verir ki, həkim qeyd edib ki, əllərimizi və üzümüzü yuduğumuz kimi, hər dəfə ağız boşluğumuzu qarqara etsək, virusun ağızdan ciyərlərə enməsini dayandıra bilərik.
"Pandemiya zamanı insanlar ağız sağlamlığına laqeyd yanaşmamalıdır. Diş klinikalarında lazımi tədbirlər görülür və xəstələrə bununla bağlı müdaxilələr edilir. Diş həkimi olaraq öyrəndiyimiz ən vacib məsələ özümüzü və xəstələrimizi yoluxucu xəstəliklərdən qorumaqdır. Bu səbəblə pandemiya dövründə ağız boşluğumuzun qeydinə qalmalıyıq. Bunun üçün hansı tədbirlərin görülməsinin lazım olduğu məlumdur", - stomatoloq bildirib.

A.O.Atilla əlavə edib ki, 30 saniyə ərzində bəzi aktiv maddələrlə ağız boşluğunun qarqara edilməsinin koronavirusun qarşısını aldığını göstərən klinik araşdırmalar var: "Povidon yod, hidrogen peroksid, xlorheksidin kimi ilk müdafiə vasitələri ilə virusun ağciyərlərimizə daxil olmasını dayandıra bilərik".
Stomotoloq pandemiya dönəmində xəstələrin daha çox diş sıxılması şikayətləri ilə müraciət etdiklərini deyib: "Son vaxtlar, əsasən, diş sıxılması və çənə-oynaq narahatlığı ilə klinikamıza müraciət edirlər. Virusun yaratdığı təzyiq insanların dişlərinin sıxılmasına, qulağın ön hissəsində ağrıya səbəb olub. Stomatoloq olaraq bunun üçün müxtəlif tədbirlər görürük. Çənə oynağının sağlamlığı vacib şərtdir, geri dönülməz bir xəstəlikdir. Bu, stressdən yaranır. Müalicəsi var, önəmli olan müalicəni gecikdirməməkdir".
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































