Sağlamlıq
Vasif İsmayıldan VACİB ÇAĞIRIŞ: “Epidemiyanın tez bitməsi üçün tədbirləri dəstəkləmək lazımdır”
Həkim uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl açıq havada maska taxılmasına qarşı sosial şəbəkələrdə etiraz statusları paylaşanlara kəskin irad bildirib.
Publika.az xəbər verir ki, həkim bu addımı dəstəkləmədiyini bildirib.
“Eynək taxan biri kimi ilin istənilən fəslində maska taxmaq mənim üçün daha əziyyətlidir. Maska taxmaq bəzi insanların ciddi psixoloji sarsıntı keçirməsinə səbəb olur. Bunları başa düşürəm.
Açıq havada 2 metr ətrafda insan olmasa, maska taxmaq qaydasının heç bir tibbi əsası yoxdur. Lakin verilən qərar tamamilə adminstrativ ehtiyacdan irəli gəlir. Necə?
Bundan əvvəl ətrafda insan yoxdursa, maskanı aşağı salmaq mümkün idi. İnsanlar da kütləvi şəkildə bundan istifadə edərək maska taxılma rejimini pozurdular. Hüquq-mühafizə orqanları əməkdaşları ilə sözlü polemikaya girirdilər. Buna görə də açıq havada maska taxmaq məcburiyyəti gətirildi. İndiki zamanda epidemiyanın mümkün olduqca tez bitməsi üçün tədbirləri dəstəkləmək lazımdır. Nəfəs alaq kampaniyasının isə əksinə buna mane olduğunu düşünürəm... Və dəstəkləmirəm!”
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































