Sağlamlıq
Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən ŞOK
Koronavirus keçirən xəstələrin 80 faizinin xəstəlikdən əvvəlki sağlamlıq səviyyəsinə qayıtmadığı ortaya çıxıb. Onların tədricən və uzunmüddətli bərpa olunmaları lazımdır.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə kardioloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru Simon Matskeplişvili danışıb. Onun sözlərinə görə, koronavirus keçirən xəstələr çox vaxt özlərini tamamilə sağlam hiss etmədiklərindən şikayət edirlər.
“Bu gün postkoronavirus sindromunun təyin edilməsi və onun düzgün müalicəsi virusun özünün müalicəsindən az əhəmiyyət daşımır. Kiminsə yuxusu pozulur, kimlərdəsə baş ağrısı və ya əzələ ağrıları, aritmiya və ürək-damar xəstəlikləri müşahidə olunur, bəziləri isə mədə-bağırsaq problemlərindən şikayət edir. Beləliklə, postkoronavirus sindromu bir-biri ilə əlaqəsi olmadığı düşünülən çox geniş simptomları əhatə edir.
COVID-19-u keçirən insanların 80 faizi xəstəlikdən əvvəlki sağlamlıq səviyyəsinə qayıtmır: tədricən yaxşılaşmaları lazımdır. Bir insan nə qədər yüngül xəstələnirsə, postkoronavirus sindromu bir o qədər uzanır”, - ekspert əlavə edib.
Xatırladaq ki, həkimlər koronavirusun fəsad sayına görə qripi iki dəfə üstələdiyini bildirmişdi. Eyni zamanda, COVID-19-un əsas xüsusiyyətlərdən biri də nevroloji və zehni təbiətin ağırlaşmalarıdır.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)