Sağlamlıq
Bir insanın nə qədər yaşayacağını necə bilmək olar?
Ürək ritminin tezliyi ömrün uzunluğuna təsir göstərir, lakin bu, bir çox amillərdən asılıdır və müxtəlif vəziyyətlərdə dəyişə bilər.
Publika.az xəbər verir ki, bu sözləri rusiyalı kardioloq, ürək-damar cərrahı Yelena Qoluxova “kp.ru” saytına verdiyi müsahibədə deyib.
“Ürək döyüntüsü xəstənin nə qədər ömür sürəcəyinin aydın göstəricisidir. Nisbətən yavaş ritm tezliyi olan insanlar daha uzun yaşamağa meyillidirlər. Ancaq bu, ürək döyüntüsünə qənaət prinsipi deyil, müəyyən qoruyucu təsiri olan parasempatik, avtonom sinir sisteminin xüsusiyyətidir.
Ürək döyüntüsünün sürəti bir çox amillərdən asılıdır. Məsələn, nümayiş olunan duyğulardan və ya hava şəraitindəki dəyişikliklərdən. Bir qayda olaraq, yetkinlərdə, gənc və aktiv insanlarda az sayda ürək döyüntüsü (dəqiqədə 48-52) müşahidə olunur. Ancaq illər keçdikcə döyüntünün sürəti yetərli olmaya bilər. Bu vəziyyətdə antiaritmiklər təyin edilir və ya stimulyatorlar verilir”, - həkim vurğulayıb.
Qoluxovanın sözlərinə görə, bədən tərbiyəsi həyatın vacib ritualıdır. Mütəmadi olaraq idman edə və gündə 10 000 addım piyada gedə bilməsəniz də, heç olmasa səhər idman etmək üçün vaxt ayırmağa dəyər.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
