Sağlamlıq
Ölüm riskini artıran ƏSAS SƏBƏB
Erqoterapiya üzrə türkiyəli mütəxəssis Hülya Kayıhan hərəkətsiz həyat tərzinin bütün dünyada ölüm riskini artıran səbəblər arasında birinci yerdə dayandığını bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayıhan xüsusilə ürək və mədə-bağırsaq xəstəliklərinin fiziki hərəkətsizlikdən qaynaqlandığını söyləyib.
Ekspert oturaq həyat tərzinin diabet və hipertoniya kimi bir çox xəstəliyə səbəb olduğuna diqqət çəkib: “Fiziki hərəkətsizlik döş və bağırsaq xərçənginin təxminən 21-25, diabetin 27, ürəyin işemik xəstəliyinin 30 faizinin əsas səbəbi kimi göstərilir”.
Aktiv həyat tərzinin bir çox xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli rol oynadığını izah edən Kayıhan sözlərinə belə davam edib:
“Fiziki fəaliyyət insanın zehni, intellektual sağlamlığında, eləcə də ürək xəstəliklərindən qorunmasında təsirli olur. Piylənmə, yüksək qan təzyiqi, diabet, osteoporoz və bəzi xərçəng növlərinin qarşısını alan ən təsirli və ən ucuz dərmandır. Fiziki fəaliyyət insanı daha enerjili və gümrah edir”.
Aytən Məftun
-
Magazin223:36Cem Yılmaz əstəxanaya yerləşdirildi
-
ABŞ23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO






















.webp)
.png)









.jpg)
.jpg)