Sağlamlıq
COVID-19-dan daha ÖLÜMCÜL EPİDEMİYA: Əgər qarşısı alınmasa...
Afrika qitəsində COVID-19-dan daha öldürücü olan malyariyaya çarə tapılmır. Bildirilir ki, Burkina-Fasoda bir çox xəstəxanada hələ indiyə qədər koronavirusdan ölüm qeydə alınmayıb. Ancaq malyariyaya görə artıq məzarlıqlarda yer qalmayıb. Bu xəstəliyə hətta “unudulmuş epidemiya” da deyirlər. Ağcaqanadlar tərəfindən yayılan xəstəlik ildə 400 min insanın ölümünə səbəb olur. Ən böyük risk qrupunda olanlar isə afrikalı uşaqlardır.
Burkina-Fasonun Səhiyyə İnstitutunun regional direktoru Halidou Tinto koronavirusun malyariyadan daha artıq diqqət çəkməsinin onları qəzəbləndirdiyini bildirib. Onun fikrincə, malyariya Qərb ölkələrində yayılsaydı, çarəsi çoxdan tapılardı.
Bəs nə üçün bu xəstəlik diqqətdən kənarda qalıb? Malyariyanı tamamilə necə məhv etmək olar?
Publika.az-a danışan həkim-cərrah, professor Adil Qeybulla bildirib ki, bu xəstəliyin özünün xüsusi endemik ocaqları var və həmin ərazilərdə daha çox yayılır: “Malyariya heyvan mənşəli infeksiyadır. Xəstəlik xüsusi malyariya ağcaqanadları vasitəsilə yayılır. Malyariya ayrı-ayrı yerlərdə, ən çox da ağcaqanadlar toplanan məkanlarda olur. Azərbaycanda da zamanında yayılmışdı və Aran bölgəsi xəstəliklə mübarizə aparırdı. Ümumiyyətlə, xəstəliyin yayıldığı xüsusi zonalarda malyariyadan xeyli insan həyatını itirirdi. Ancaq hazırda bu xəstəliyin müalicəsi üçün xeyli dərman preparatları var. Bu şəkildə malyariyadan xilas olmaq mümkündür”.

A.Qeybulla hesab edir ki, Burkina-Faso kimi yerlərdə karantin elan olunmalı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən lazımi tədbirlər görülməlidir: “Çıxış yolu yalnız budur. Düzdür, malyariyanın böyük bir pandemiyaya çevrilmə ehtimalı yoxdur. Çünki tarixdə belə nümunələr də mövcud deyil. Ancaq hər halda insan itkisi hamını narahat edir. İnsan ölümü Ümumdünya Səhiyyə Təşkilatını da narahat etməlidir. Ona görə də düşünürəm ki, heç olmasa bu təşkilatın nümayəndələri yerli orqanlara tövsiyələr verməli, lazımi dərman vasitələrinin alınıb istifadə edilməsi ilə bağlı göstəriş verməlidirlər. ÜST bu məsələni idarə etməlidir ki, xəstəlik daha geniş ərazilərə yayılmasın”.
Hazırda koronavirusa çarə kimi dünyada vaksinasiya prosesi sürətlə aparılır. Malyariya əleyhinə isə peyvəndin kifayət qədər istehsal olunmadığı bildirilir.
Qeyd edək ki, malyariya peyvəndinin geniş şəkildə istehsal edilməməsinin təməl səbəbi maddiyyatdır. ABŞ koronavirus peyvəndi üçün 9 milyard dollar xərcləyib. Dünyada malyariya araşdırmalarına isə 2007-2018-ci illərdə cəmi 7,3 milyard dollar sərf olunub. Afrika ölkələri arasında da iqtisadi cəhətdən daha zəif olanlar xəstəlikdən xüsusilə əziyyət çəkir.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
