Sağlamlıq
"Delta" ştammı barədə DƏHŞƏTLİ FAKTLAR: ağciyərləri...
COVID-19-un "delta" variantı ağciyər hüceyrələrinə daha tez çatır.
Publika.az xəbər verir ki, bu barədə dünyanın bir çox yerində, xüsusən İngiltərə və Rusiyada sürətlə yayılan "delta" ştammına dair Almaniyada aparılan araşdırmada qeyd edilib.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dominant növ olaraq bildirilən "delta" ştammının virusun digər növlərindən daha yoluxucu olduğu bildirilib.
Tədqiqatda koronavirusun əvvəlki növlərindəki sünbül zülalı ilə müqayisədə "delta" ştammının ağciyər hüceyrələrinə daha tez çatdığı və yoluxmuş hüceyrələri bir araya gətirə bildiyi qeyd edilib. Almaniyanın Corc-Avqust Göttingen Universitetindən Markus Hoffmana görə, hüceyrədən hüceyrəyə yayılma virusun immunitet sistemindən qismən gizlənməsinə şərait yaradır: "Məsələn, sünbül zülalı ilə "delta" variantına yoluxmuş bir hüceyrə hələ yoluxmamış qonşu hüceyrə ilə birləşmək məcburiyyətində qalsa, "delta" ştammı virusun yeni hüceyrəyə daha sürətli daxil olmasına imkan verir".
Hoffman hüceyrədən hüceyrəyə birləşmə yolu ilə yayılan virusun hücuma məruz qalan və zərərsizləşdirə biləcək immunitet hüceyrələri ilə qarşılaşma riskini azaltdığını əlavə edib. Tədqiqatçılar bu xüsusiyyətlərin Hindistanda ilk dəfə müəyyən edilmiş və hazırda bir çox ölkədə yayılan "delta" ştammını daha yoluxucu edə biləcəyini söyləyirlər.
Alimlər "delta" ştammının tamamilə davamlı olmadığını vurğulayıblar. Bildirilib ki, koronavirusun bu mutant növünə vaksin olunmuş insanların da yoluxması mümkündür. Xüsusən də bu günə qədər iki peyvənd dozasından biri tətbiq edilmiş olsa belə, yenidən yoluxma ehtimalı var. Ancaq vaksinasiya ciddi xəstəliklərin qarşısını almaq üçün xüsusi təsirə malikdir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































