Sağlamlıq
Yayda vaksin vurduranların NƏZƏRİNƏ
Yay aylarında koronavirus əleyhinə peyvənd olunmuş insanlara günəş vannası və uzun müddət günəş altında qalmaq məsləhət görülmür.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə həkim-pulmonoloq Sergey Puryasev danışıb. O bildirib ki, günəşlənmək allergik reaksiyaya səbəb ola bilər.
“Ultrabənövşəyi radiasiya yanıqlara gətirib çıxarır və nəticədə bütün dəri səthində iltihab böyük miqdarda histamin sərbəstliyinə səbəb olur. Bu, allergik reaksiyaya səbəb olan çox güclü amildir. Vəziyyəti ağırlaşdırmamaq və vaksin reaksiyasının yaxşı keçməsi üçün vaksinasiya fonunda allergik proseslər arzuolunmazdır”, - həkim “Sputnik” radiosuna verdiyi müsahibədə izah edib.
Puryasevin sözlərinə görə, peyvəndin həm birinci, həm də ikinci dozasından sonra günəş işığından çəkinmək lazımdır: “İlk dozadan üç həftə, ikincidən iki həftə sonra, yəni ümumilikdə təxminən bir ay sonra günəşlənmək daha yaxşıdır. Daha dəqiq desək, antikorlar yaranandan sonra. Vaksinasiya olunanlar xüsusilə günorta günəş altında az gəzməlidirlər”.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO



































