Sağlamlıq
Ürəkgetmənin bilmədiyimiz səbəbləri: Ayağa cəld qalxdıqda...
Ürəkgetmə bir çoxlarının başına gələn problemdir. Birdən çox səbəbi ola bilər. Bəzi anlarda isə səbəbi tapılmır.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, qan vasitəsilə beyinə kifayət qədər oksigen getmədiyi zaman ürəkgetmə baş verə bilər. Bu hal bir neçə dəqiqə və ya daha uzun çəkə bilər. Yaşlı insanlarda daha çox müşahidə edilir.
Bəs hansı hallarda daha çox baş verir?
• Ayağa cəld qalxdıqda
• Çox isti havada işləyən və ya oyun oynanılan zaman
• Sürətli nəfəs alıb-verəndə
• Hirslənəndə
• Stresli hallarda
• Yüksək təzyiq üçün dərman alındığı zaman
Öskürmə, sidiyə getmək beyinə gedən oksigen miqdarına təsir göstərə bilər və bu da ürəkgetmə halı yarana bilər.
Qan şəkərindəki dəyişikliklər də bu hala yol aça bilər. Bu vəziyyət şəkər xəstələrinin uzun müddət yemək yeməməsi hallarında inkişaf edə bilir.
Bu halın yaranacağını hiss etdiyiniz zaman nə etməlisiniz?
Yerə yatmaq kifayətdir. Əgər bunu etməsəniz oturub önə əyilməli və baş dizlərin arasına alınmalıdır. Beləliklə bu qanın beyinə getməsinə kömək olacaqdır. Ayağa qalxmamalısınız.
Bu hallarda mütləq həkimə müraciət edin:
• Ürək döyüntülərində nizamsızlıq
• Sinə ağrısı
• Nəfəs darlığı
• Əlamət olmadan anidən ürəkgetmə
• Görmə bulanıqlığı
• Danışmaqda çətinlik
• Düşüncə çətinliyi
• Ayda birdən çox bu halın yaşanması.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


