Sağlamlıq
Boş yerə özünüzü şüalandırmayın, KT xərçəng yaradır - Həkimdən SOS
Boş yerə özünüzü şüalandırmayın. Kompüter tomoqrafiyasi (KT) xərçəng əmələ gətirir. Evdə müalicə alan COVID xəstələrinə KT müayinəsi etdirməyin heç bir mənası yoxdur, qadağan edilməlidir.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Həkimin sözlərinə görə, KT ondan ötrüdür ki, sizdə həyati təhlükəli nəsə var, başqa xəstəliklərə də oxşayır, həkim sizin diaqnozunuzu onsuz heç cürə qoya bilmir, məcburən KT-yə göndərir:

“Yoxsa test + dirsə, temperaturunuz varsa, diaqnoz aydındır. Ağciyərdə buzlaşma varmı və yoxmu bilmək istəyirsizsə, mən deyim: Bəli buzlaşma artıq mövcuddur. Çox az faiz olsa da, bütün temperaturlu xəstələrdə var. Çünki COVID-19 aşağı tənəffüs yollarının infeksiyasıdır. Ağciyərdə problem var ki, temperatur var.
Ay aman ciyərdə 20% buzlaşma varmış. 30-35 % yazıblarsa, bəziləri qorxudan infarkt olurlar. Bilin ki, 50 %-ə qədər buzlu şüşə mənzərəsi olan xəstələr yüngül sayılır.
Lap ondan yuxarı rəqəm də olsa, narahat olmağa dəyməz, çünki buzlu cam görüntüsü olan sahələr qazlar mübadiləsində iştirak edir və faizə görə müalicədə heç bir düzəliş, əlavələr aparılmır”.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































